Birema

Yunan bireması (e.ə VI əsr), Britaniya muzeyində saxlanan Etruriyada tapılmış yunan vazası üzərində şəkil

Birema (qədim yunanca Βιήρης, lat. Birēmis))- finikiyalılar tərəfindən kəşf edildiyi güman edilən[1] qədim döyüş gəmisi. Finikiyalılar biremalardan e.ə. VIII əsrin əvvəli, yunanlar isə e.ə. VIII əsrin sonlarında istifadə etməyə başlamışlar[2].

Hər bir hərbi gəminin sağ və sol tərəflərində iki sıra avar olduğundan, onları birema adlandırırdılar. Birema taranla da təchiz edilirdi. Böyük döyüş qalasına və düşmən gəmisinin gövdəsini dağıtmaq üçün böyük bloka malik ola bilərdi. Biremanın uzunluğu adətən 30–38 m, su tutumu 60–100 ton təşkil edirdi.

  1. Lionel Casson, Lionel. Ships and Seamanship in the Ancient World. The Johns Hopkins University Press. December 1, 1995. 57–58. ISBN 978-0-8018-5130-8. June 11, 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: May 19, 2014.
  2. "А.Зорич "Греческий флот. Конструкция и типы кораблей"". 2017-05-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-05-19.

© MMXXIII Rich X Search. We shall prevail. All rights reserved. Rich X Search